ŞƏLƏNİ QOY, GƏL DALAŞAQ

bir səbəb olmadan dalaşmağa can atan, öcəşən adam haqqında işlədilən ifadə. 

ŞƏLƏ LƏLƏNİ BASIB
ŞƏLƏSİNİ QOLTUĞUNA VERMƏK
OBASTAN VİKİ
Milo Qoy
Milo Goj — (d. 30 aprel 1959, Milan) — İtalyan sənətşünas, televiziya aparıcısı və universitet professoru."Il Giornale" və "Affari Italiani" qəzetlərinin köşə yazarı, Bolonya Universitetinin sənətə tətbiqi sosiologiyasının professoru və "Akme İncəsənət Akademiyasının professoru". == Həyatı == Bocconi Universitetində sənət tarixini oxuyub, biznes iqtisadiyyatı, marketinq və kommunikasiya ixtisası üzrə təhsil alıb. Məktəbi bitirdikdən sonra o, Mondadori Qrupuna jurnalist kimi qoşulub. O, bütün karyerasını iqtisadi jurnallarda işıqlandırıb, 1999-cu ildə aylıq Espansione-nin baş redaktoruna qədər, 2007-ci ilə qədər bu vəzifəni tutdu. O, həftəlik "Il Valore" jurnalının idarəedici direktoru (2007–2008), aylıq "Tempo Economico" jurnalının idarəedici direktoru (2008–2010), "Finarte Journal" qəzetinin idarəedici direktoru (2014), rəqəmsal qəzet "The Map Report" (2019–2021), "L'Incontro" qəzetinin idarəedici və redaktor direktoru.
Qoy vuki udsun
Vuki (Wookiee) — "Ulduz müharibələri" kosmik opera franşizasında, əslən ağaclarla əhatələnmiş Kaşiik planetindən olan uydurma irq. Giqantik, hirsutik görünüşləri və fiziki gücləri onları insanlardan fərqləndirir. Ən məşhur vuki ən yaxın dostu Han Solo ilə birlikdə "Millenium Falcon" kosmik gəmisinin pilotlarından Çubakkadır. == İlham == Franşizanın yaradıcısı Corc Lukas bir müsahibəsində vukinin yaradılmasında öz iti İndianadan ilham aldığını qeyd etmişdir. "THX 1138" (1971) filminin klimaktik səhnəsində aktyor Terri MakQovern tərəfindən səsləndirilən robot polislərdən biri bir "vukini vurduğu"nu deyir və beləliklə, həmin söz yaranır. Bu ad Terrinin dostu Ralf Vukidən gəlirdi və o, filmdə onun adından istifadə etməyin gülməli olacağını düşünmüşdü. == Qoy vuki udsun == "Yeni ümid" filmində Çubakka R2-D2-ya qarşı dejarikdə məğlub olacağını anladıqdan sonra qəzəblənir. Han Solo deyir ki, "bir vukini incitmək ağılsızlıqdır", çünki vukilər "uduzduqları zaman insanların əllərini oynaqlarından qoparmaqları ilə tanınır". Cavab olaraq C-3PO R2-yə "Qoy vuki udsun" (ing. Let the Wookiee win) deyir.
Tez gəl (mahnı)
Tez gəl — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının müəllifi Xanım İsmayılqızıdır. Mahnı Aygün Kazımovanın "Sevdim" albomuna daxildir. Klip Aygün Kazımovanın müəllifliyi ilə Sankt-Peterburqda lentə alınmışdır. Klipdə Aygün Kazımovanın estetik cərrahiyə zamanı görüntüləri lentə alınmışdır.Klipin rejissoru Ülviyyə Könüldür.
Gəl-Gör-Get qalası
İbn Ərəbşahın yazdığına görə 28 iyul 1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən Qarabağa geri dönən Əmir Teymur Gürcüstandan keçərkən yolüstü 2 gürcü istehkamını bir müddət mühasirədə saxlamış və son nəhayətdə onları ələ keçirmişdir; bunlardan biri "Mağaralıq" deyilən yer, digəri isə "Gəl-Gör-Get" qalası idi və onlar "Gürcüstan qalaları arasında iki göz kimi idilər". Ehtimal etmək mümkündür ki həmin "Gəl-Gör-Get" qalası indi xarabalığı Şəki rayonunun Kiş kəndindən 1 km şimalda olan "Gələrsən-Görərsən qalası"dır. Qalanın İbn Ərəbşah tərəfindən edilmiş təsviri də məhz, "Gələrsən-Görərsən qalası"na uyğun gəlməkdədir. O ki qaldı "Gəl-Gör-Get" qalasının gürcü istehkamı hesab edilməsinə, nəzərə alınmalıdır ki, sonda müəllif həm də Şirvanşah Şeyx İbrahimin dili ilə qeyd etmişdir ki, həmin qalaların xaçpərəst müdafiəçiləri heç də gürcü yox, əslində "tatar" imişlər! Deməli, bu istehkamların müdafiəçiləri xristian-provoslav məzhəbli "tatar"lar olduğuna görə, müdafiəçilər gürcü, istahkamlar isə "Gürcüstan qüllələri" hesab edilmişdir. == "Gəl-Gör-Get qalası" nın Əmir Teymur tərəfindən tutulması barədə hekayət == Bu qalalardan digər biri Gəl-Gör-Get’in göydələn qalasıdır ki öz adı kimi dikbaşlıq və təkəbbürdən söz açar və onun (adının) mənası türkcə belədir: "gələrsən, görərsən və geri dönərsən", yəni bir kimsə ona baxmaqdan başqa, qeyri bir şeyə nail olmaz, onun binası üç tərəfdən hündür təpəliyin üstündə(dir) və (yüksəkliyi həmin) tərəflərin yüksəkliklərinin hamısından daha yüksəkdir. Digər (dördüncü) tərəfindən dar və nahamar yol (gəlir) və (bu yol) sərt və çətin bir keçiddə başa çatır və o yolu gedən qarşılaşdığı sərtliklərə sinə gərərək hündür bir uçuruma və dərin bir yarğana yetişər ki, onunla qalanın darvazası arasında bir körpü bağlamışlar və körpü götürülərkən qalaya giriş qapadılmış olar. Teymur elə ki o halın həqiqətindən agahlıq tapdı və o pünhan bir xəbər aşkar oldu, bu qərara gəldi ki, öz məqsədinə çatmayanadək o məhlədən köç etməsin; amma o qalanın yaxınlığına, bir məkan ki, ora düşər və ora elə yer ki dalğalanan dəniz onun içində yerləşsə tapmaq olmaz, bəlkə bütün ətrafı qarma-qarışıq idi və uçurum və yüksəklik elə bil, necə ki öz ərinin qarşısında həyasız bir qadının qəzəbli çöhrəsi – bütünlüklə sərt və kobuddur. Amma Teymur tamahkarlığından öz sığınacaq və qərargahını orda, o qalanın göz qabağında qurdurmuşdu və ləşgərləri növbə ilə mühasirə və get-gəl işində olurlar və qala adamları gündüzlər körpünü götürüb müharibə və mübarizə bəlasından amanda idilər, çünki, o ətrafda bir məkan ki, mübarizə üçün yarasın və bir meydan ki, cəng üçün işə keçsin, tapmaq olmaz! Və teymurilər elə ki səhər açılır, uzaqdan ox atmaqla (, döyüşün başqa dəhşətlərindən) qurtulurlar və qane aşiq kimi, bir baxışa məmnun olurlar və gecə düşən kimi öz çadırlarının yolunu tuturlar və o yaxınlıqda bir yer yox idi ki bir gecəni başa vura bilələr, o zaman xaçpərəstlər körpünü yerinə qoyub dar bir yol ki, orda öz ehtiyaclarını təchiz edə bilərlər, [həmin yolu] açırlar və gediş-gəlişə başlayırlar, Teymur üçün o qaladan ümidsizlik nişanı zahir olan kimi və onun (qalanın) fəthini özü üçün xam arzu hesab edən kimi (o,) köç göstərişi verdirdi; amma bu rüsvayçılıqdan qorxuya düşdü və bu geri çəkilməsi üçün bəhanə və (uydurma bir) "səbəb" axtarır.(..) === O qalanın möcüzəvi fəthi barədə dastan === Teymurun ləşgəri içində boyları bir və qolları iki şir qüvvəsində iki cavan var idi ki xasiyyət və görkəm və qorxmazlıq və mərdanəlikdə biri o birindən o qədər də fərqlənmirdi, mübarizə meydanında biri digərinə müvafiq irəli çıxır, tərəzinin iki gözü kimi bərabər olurdular, təsadüf düşdü ki, o ikisindən biri Gürcüstan adamlarından bir kafir ki, şücaətdə şir kimi və boy-buxunda dağ kimi idi, (onunla) qabaq-qabağa çıxdı və Bu onu yerə yıxıb başını kəsib götürdü və Teymurun dərgahına apardı və bu işdən yüksək bir rütbə qazandı; bu "özünü göstərmə" bunun bərabərinin ürəyinə təsir etdi və onu bərk şəkkə gətirib məcbur etdi ki bir çarə fikirləşə ki bəlkə özünün tayı yanında daha yaxşı bir (iş görüb ad-san) qazansın?; onun adı Pirməhəmməd və ləqəbi Qənbər idi və körpü işində heç kəs ondan çox tanışlıq və səriştəyə malik deyildi.
Gəl-i Espid (Sərdəşt)
Gəl-i Espid (fars. گلاسپيد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (7 ailə).
Qoy danışsınlar! (film, 1968)
Qoy danışsınlar! (isp. Digan lo que digan) — rejissor Mario Kamusun filmi. == Məzmun == İki qardaş – müğənni Rafael və bəstəkar Migel uzun illərdir ki, bir-birilərini görmürlər. Rafael qardaşı ilə görüşmək üçün Avropadan Buenos Ayresə gəlir. Amma bu şəhərdə onu Migel yox, onun katibəsi — Blanka adlı bir qız qarşılayır. O, Rafaelə Migelin hal-hazırda şəhərdə olmadığını deyir. Gənc müğənni Rafael başa düşür ki, Blanka ondan qardaşı barədə nəsə gizlədir. Belə olduqda Rafael qardaşını özü axtarmağa başlayır. Filmin sonunda Rafael qardaşını tapmağa nail olur.
Qoy oturmuşuq (veriliş, 2007)
== Məzmun == Əyləncəli verilişdə dəvət olunan qonaqlar maraqlı mövzularda əhvalatlar və xatirələrini danışırlar. == Veriliş haqqında == Veriliş həftəiçi hər gün efirdə olur.
Gəl bir olaq (film, 2000)
"Gəl bir olaq" filmi — Udayaşankarın ssenaristi və rejissoru olduğu 2000-ci il Hindistan (teluqu) dram və sevgi filmidir. == Məzmun == Bax: Romeo və Cülyetta Raqaviya və Ram Mohan Rao dostdurlar. Lakin, kiçik bir səbəb üzündən Raqaviya ilə Ram Mohan Rao dalaşırlar. İllər ötür. Raqaviyanın 60 yaşı var və 60 yaşı üçün də Bombeydə olan gəlini və nəvələrini çağırmaq qərarına gəlir. Raqhu Raqaviyanın istəkli nəvəsidir. Bombeydən Ramapurama gəldikdən sonra Raqaviya ailəsinin üzvlərindən xəcalət çəkir. Raqhu burada dostdan düşmənə çevrilmiş ailənin üzvü Manqanı görür və ona aşiq olur. Tezliklə, Manqa da Raqhuya aşiq olur. Ancaq heç vaxt bir-birlərinə sevgilərini etiraf etmirlər.
Gəl qohum olaq (film, 2001)
== Məzmun == Qarakişi (Rafael İsgəndərov) ilə Minayə (İlahə Səfərova) bir-birini sevirlər. Lakin Minayənin bacısı əri Ədalət (Valeh Kərimov) onların evlənmələrinə qarşıdır. Bundan çıxış yolu tapmaq üçün və Ədaləti razı salmaq üçün Qarakişi bir kələk işlədir və bu minvalla arzusuna çatır.
Gəl təzədən evlənək (film, 2012)
== Məzmun == Teymur və Xırda xanım ər-arvaddırlar.Onlar hər axşam evlərində teletoy evlilik proqramına baxırlar.Və bir gün Teymur Xırdaxanıma deyir ki, gəl biz yenidən evlənək.Sən get o verlişə guya kimsəsizsən və sənə yazıqları gəlib cehiz, pul versinlər məndə zəng edib sənə talib çıxım.Xırdaxanım verlişə gedir və zəng gəlir verlişdə Xırdaxanım zəng edən adamı Teymur bilib ona hə deyir və bütün macəralarda bundan sonra başlayır.
Qoy bütün aləm bizdən danışsın (mahnı)
Qoy bütün aləm bizdən danışsın — azərbaycanlı müğənni Aygün Kazımova və azərbaycanlı meyxanaçı-müğənni Üzeyir Mehdizadənin duetidir. Mahnının söz və musiqisi Üzeyir Mehdizadəyə aiddir. Aygün Kazımova ilk dəfə olaraq Azad Azərbaycan telekanalında yayımlanan Nanə Ağamalıyevanın aparacılıq etdiyi "Gün Keçir" proqramında təqdim etmişdir. Özbəkistanlı müğənnilər Babamyrat Ereşov və Zalina mahnını ifa etmiş və klip çəkmişdirlər.
Özünü onun yerinə qoy (film, 1983)
== Məzmun == Filmdə Azərbaycanda rəhbər təşkilatlara ünvanlandırılan zəhmətkeş məktubları ilə işin təşkil olunması məsələsinə toxunulmuşdur. == Festivallar və mükafatlar == 1)1983-cü ildə Kişinyovda gənc kinematoqrafçıların III Ümumittifaq kinofestivalı Mövzunun maraqlı həllinə görə sənədli film Diplom və Moldaviya Jurnalistlər İttifaqının Mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Davud İmanov Ssenari müəllifi: Cavanşir Məlikov Operator: Ələkbər Muradov Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
грузовладе́лец замота́ться и́нейный мни́мый нереалисти́чность ни в зу́б облитерату́рить подрули́ть примири́ться разу́мница русто́ванный а́ховый зе́ковский номинати́в о́рдер тулья фуриться bow clodpate peacekeeper social insurance spacey teething ring Vi интонация